Ukrayna Avropa ölkələrinin 4 deputatına qarşı sanksiya tətbiq edib

20-03-2017, 17:00
Oxunub: 105
"Krıma qanunsuz səfər edən Serbiya və Çexiya vətəndaşlarının 5 il ərzində Ukraynaya girişinə qadağa qoyulub."


Ukrayna Təhlükəsizlik Xidməti martın 19-da Krıma üçgünlük səfər edən Avropa ölkələrinin 4 deputatına qarşı sanksiya tətbiq edib. TASS agentliyinin məlumatına görə, bunu bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Yelena Qitlyanskaya bildirib.

Y.Qitlyanskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Krıma qanunsuz səfər edən Serbiya və Çexiya vətəndaşlarının 5 il ərzində Ukraynaya girişinə qadağa qoyulub.

Qeyd edək ki, martın 19-da Rusiyanın hakim Ədalətli Rusiya Partiyası Böyük Britaniya, Çexiya, Serbiya və Monteneqro, o cümlədən Qırğızıstan və Braziliya parlamentlərinin bir neçə deputatının Krıma səfərini təşkil edib. 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti