"Azərbaycanda siyasi hakimiyyət daha reformistdir" - Politoloq rəyi

20-03-2017, 13:40
Oxunub: 416
"Hadisələrin Azərbaycana təsirinin olacağına isə inanmıram"


2016-cı ilin yayında post-patrul alayının binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə ittiham olunan 49 yaşlı Artur Sarkisyan martın 16-da Yerevanda həbsxanada ölüb. Bundan sonra Yerevanı etirazlar bürüyüb. 

Baş verənlərin Azərbaycana təsirləri barədə politoloqlardan açıqlama aldıq. Politoloq Hikmət Hacızadə bildirdi ki, Ermənistanda əhalinin hökumətin siyasətindən hər cəhətdən böyük narazılığı var:

"Azərbaycanda siyasi hakimiyyət daha reformistdir" - Politoloq rəyi

"Həm iqtisadi, həm siyasi, həm hərbi, həm insan hüquqları. Və buna da etiraz edirlər. İkincisi də, görünür ki, Ermənistan Azərbaycandan azaddır. Orda mitinqlər keçirilir, orda etirazlar olur, seçkiyə həqiqi kompaniyalar gedir. Ancaq gedişat etirazların miqyasından asılıdır. Ermənistanı bu dəqiqə Rusiya idarə edir. Rusiyanın təsirini aradan götürmək üçün irimiqyaslı etirazlar lazımdır. Rusiya sülh yaratmağa qoymur.  Köklü dəyişikliklər olsa, əlbəttə ki, Azərbaycan-Ermənistan vəziyyətinə də təsirini göstərəcək."

ACSIS Araşdırmalar Mərkəzinin rəhbəri siyasi ekspert Pünhani Əsgərli isə Ermənistanda hal-hazırda hakimiyyətin başında hərbi tiranın durduğunu qeyd etdi:

"Azərbaycanda siyasi hakimiyyət daha reformistdir" - Politoloq rəyi

"Serj Sarkisyan öldürməyi yaxşı bacaran bir şəxsdir. Bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində biz yaşamışıq. Bugünki Ermənistanda da həbsxanalarda ölən şəxslərin çoxluğu bunu göstərir. Ermənistanda parlament seçkiləri yaxınlaşır, erməni müxalifəti də bundan istifadə etməyə çalışır. Böyük xalq kütlələrini küçələrə çıxarmaqla parlament seçkilərində diqqəti üzərlərinə çəkməyə çalışırlar. Əgər bu etirazların həcmi böyüsə, Ermənistanda yeni dövrün başlamağını görə bilərik. Hadisələrin Azərbaycana təsirinin olacağına isə inanmıram. Çünki Azərbaycanda siyasi hakimiyyət Ermənistana nisbətən daha reformistdir."
Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti