Rusiyada intiharların sayı 60% artıb

20-03-2017, 13:11
Oxunub: 79
Son 5 il ərzində intiharların sayı daim aşağı düşürdü, ötən il isə kəskin şəkildə artıb.


2016-cı ildə Rusiyada intiharların sayı 60% artıb.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, ölkənin uşaqların hüquqlarının müdafiəsi üzrə ombudsmanı Anna Kuznetsovanın sözlərinə görə, son 5 il ərzində intiharların sayı daim aşağı düşürdü, ötən il isə kəskin şəkildə artıb.

A.Kuznetsova bu halın səbəblərindən biri kimi məktəblərdə psixoloqların çatışmazlığını göstərib. Eyni zamanda, sosial şəbəkələrdə “ölüm qrupları”nın mövcudluğu vəziyyəti gərginləşdirir. Uşaq ombudsmanı belə deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti