Donald Trampın reytinqi rekord səviyyədə aşağı düşüb

20-03-2017, 10:52
Oxunub: 93
Rəyi soruşulanların 58%-i Trampı dəstəkləmədiyini deyib.


Donald Trampın reytinqi andiçmə mərasimindən sonrakı dövrdə ən aşağı səviyyəyə düşüb.

Virtualaz.org “Gallup” şirkətinin martın 18-də keçirdiyi sorğunun nəticələrinə istinadən xəbər verir ki, ABŞ prezidentini ölkə əhalisinin yalnız 37 faizi dəstəkləyir. Rəyi soruşulanların 58%-i Trampı dəstəkləmədiyini deyib.

İlk belə sorğunun keçirildiyi 22 yanvar tarixində Trampı dəstəkləyənlərlə dəstəkləməyənlərin sayı bərabər idi – hərəsi 45 faiz.

“Gallup” xatırladır ki, prezidentliyinin ilk 60 günündən sonra bu, tarixdə qeydə alınmış ən aşağı göstəricidir. Digər ABŞ prezidentlərinin ilk dəfə dövlət başçısı seçildikdən sonrakı 60 gün ərzində göstərdikləri nəticələr:

Ronald Reyqan – 60%

Corc Buş (ata) – 56%

Bill Klinton – 53%

Corc Buş (oğul) – 58%

Barak Obama – 63%

Donald Tramp – 37%.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti