ABŞ diplomatını ölkədən qovurlar

19-03-2017, 17:14
Oxunub: 55
Nə baş verdiyi açıqlanmasa da, mətbuata kriminal hadisə baş verdiyi məlum olub


Yeni Zelandiya hökuməti kriminal hadisə zamanı burnu sınan və gözünün altı qançır olmuş amerikalı diplomatı ölkədən çıxarıb.

APA-nın verdiyi məlumata görə, martın 12-də ABŞ səfirliyinin yerləşdiyi Vellinqton şəhərində polisə müraciət edilib.

Nə baş verdiyi açıqlanmasa da, mətbuata kriminal hadisə baş verdiyi məlum olub. Olayda ABŞ səfirliyinin texniki attaşesi Kolin Uaytın da iştirak etdiyi üzə çıxıb.

Səfirlik əməkdaşları diplomatik toxunulmazlığa malik olduğu üçün heç kim saxlanılmayıb. Ancaq ciddi hüquq pozuntusu olduğu üçün Yeni Zelandiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyindən K. Uaytın diplomatik toxunulmazlıqdan məhrum edilməsini xahiş edib. Lakin ABŞ səfirliyi bu xahişə mənfi cavab verib.

Buna görə də Yeni Zelandiya Xarici İşlər Nazirliyi K. Uaytın ölkəni tərk etməsini tələb edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti