Milli Məclis hökumətin hesabatını təsdiq edib

17-03-2017, 18:18
Oxunub: 50
2017-ci il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1 514,0 min nəfər təşkil edib


Bu gün Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi başa çatıb. Hökumətin hesabatı səsə qoyularaq təsdiq edillib. 

Qeyd edək ki, hesabata əsasən, 2002-2015-ci illər müddətində yoxsuluğun səviyyəsi ildən-ilə aşağı düşərək 46,7% göstəricisindən 4,9%-lə ölçülüb. 2016-cı ildə əvvəlki ilə nisbətən ÜDM-in real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi yoxsulluq səviyyəsinə düşən əhalinin sayını 1 faiz bəndi artırıb və bu göstərici 5,9% olub.

2017-ci il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1 514,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1 479,9 min nəfər çalışıb.

2016-cı ildə ölkə rezidentləri tərəfindən 60 393,6 mln. manat və ya əhalinin hər nəfərinə 6 266,3 manat dəyərində ÜDM istehsal edilib. Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3,1% azalıb. Geriləmənin əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 22,9% azalması ilə bağlı olub.

Ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 526,6 mln. manat və ya əvvəlki illə müqayisədə 22,2% az vəsait yönəldilib.

2016-cı ildə infrastruktur layihələrinə ümumilikdə 2 096,3 mln. manat vəsait, yəni dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun 69,9%-i ayrılıb. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 751,4 mln. manatı nəqliyyat layihələrinə yönəldilib. Kommunal infrastruktur layihələrinə 325,4 mln. mant vəsait ayrılıb. Energetika və sənaye layihələrinə 778,7 mln. manat, ekologiya layihələrinə 15,6 mln. manat, kənd təsərrüfatı layihələrinə 98,5 mln. manat ayrılıb.

Sosial yönümlü layihələrə 2016-cı ildə ümumilikdə 303,9 mln. manat vəsait, yəni dövlət əsaslı vəsait qoyuluşunun 10,1%-i nəzərdə tutulub. Qaçqınların və məcmuri köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin maliyyələşdirilməsinə 8,2 mln. manat, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun 0,3%-i həcmində vəsait ayrılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti