Naxçıvanda İslam Kolleci yaradılacaq

17-03-2017, 17:55
Oxunub: 85
Hazırda bu istiqamətdə iş aparılır.


Naxçıvan Muxtar Respublikasında yaxın zamanlarda İslam Kollecinin yaradılması nəzərdə tutulub.

Bunu "Report"a açıqlamasında muxtar respublikanın Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

V.Babayev əlavə edib ki, hazırda Azərbaycan üzrə üç yerdə ali dini təhsil verilir ki, onlardan biri də Naxçıvandır: "Azərbaycanda ali dini təhsil Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsində, Bakı İslam Universitetində və bir də artıq ikinci ildir ki, Naxçıvan Universitetinin Dinşünaslıq fakültəsində verilir".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 10 İslam kolleci qeydiyyatdan keçib.

Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci, Şəbnəm (qızlar) İslam, Şəki (hafizlik) İslam və Əliabad İslam kollecləridir.

Bunlardan 7-si yeni yaradılıb. Digər 3-ü isə yenidən qeydiyyata alınıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti