Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə rəsmi namizəd oldu

17-03-2017, 17:52
Oxunub: 229
Baş direktor İcraiyyə Şurasının təqdimatı ilə Baş Konfrans tərəfindən 4 il müddətinə təyin edilir


YUNESKO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs təşkilatın baş direktoru vəzifəsinə 9 namizədin adlarını rəsmi açıqlayıb.

“Report” xəbər verir ki, namizədlər arasında Polad Bülbüloğlu (Azərbaycan), Fam Suan Şon (Vyetnam), Muşira Həttab (Misir), Hamad Bin Əbdüləziz Al-Kavari (Qətər), Tsyan Tan (Çin), Xuan Alfonso Fuentes Soria (Qvatemala), Saleh Al-Hasnavi (İraq), Vera El-Huri Laköy (Livan) və Odri Azule (Fransa).

Baş direktor İcraiyyə Şurasının təqdimatı ilə Baş Konfrans tərəfindən 4 il müddətinə təyin edilir. 9 namizəd aprelin 26-27-də baş tutacaq İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibədən keçəcəklər.

İcraiyyə Şurası tərəfindən təqdim edilmiş namizəd Şuranın oktyabr ayında keçiriləcək 202-ci sessiyasında gizli səsvermə yolu ilə seçiləcək. Sonra YUNESKO-nun İcraiyyə Şurasının sədri seçilmiş namizədi noyabrda keçiriləcək Baş Konfransın 39-cu sessiyasında təqdim edəcəklər. Baş Konfrans namizədliyi nəzərdən kecirəcək və gizli səsvermə aparacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti