Bakı Prokurorluğu Mövlud Mövludun intiharının səbəbi haqda

17-03-2017, 17:51
Oxunub: 53
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Bakı Şəhər Prokurorluğu gənc yazar, jurnalist Mövlud Mövludun özünü 17-ci mərtəbədən ataraq intihar etməsi haqqında rəsmi məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, martın 15-də saat 02 radələrində Binəqədi rayon sakini, “Teleqraf.com” agentliyinin redaktoru,1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlunun Binəqədi rayonu ərazisində, işlədiyi agentliyin yerləşdiyi binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb,ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən edilib ki, M.Abdullayevin intihar etməsinə səbəb, ilkin ehtimala görə, həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması olub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti