Bakının mərkəzi küçələrindən biri bağlanır

17-03-2017, 17:10
Oxunub: 291
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur


Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən və bir-neçə günlük tətbiq edilməyə başlanılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Nobel prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Babək prospekti, Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti, Fəzail Bayramov küçəsi, Babək prospekti, Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti