Əfv sərəncamının icrası başa çatdı

17-03-2017, 14:47
Oxunub: 73
Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.


Prezident İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başa çatıb.

Sərəncam ümumilikdə 423 nəfərə şamil olunub.

Məhkumlardan 412-i azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1981-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Hüseynov Ceyhun Zakir oğlunun cəzası 25 il müddətə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış, 1982-ci ildə anadan olmuş, Azərbaycan vətəndaşı, Kərimova Tükəzban Əlihüseyn qızı cəzadan azad edilib.

Dörd məhkum şərti azadlıqdan məhrumetmə, bir məhkum islah işləri, üç məhkum isə cərimə cəzasından azad olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti