Merkel Trampla görüşəcək: “Onunla şəxsən tanış olmaq istəyirəm”

17-03-2017, 13:58
Oxunub: 53
"Heç bir telefon danışığı bunu əvəzləyə bilməz"


Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Donald Trampla şəxsən tanış olmaq istəyir.

AzNews.az “Saarbrücken Zeitung” qəzetinə istinadən xəbər verir ki, Merkel Trampla görüş zamanı təhlükəsizlik məsələlərini, eləcə də ticarət və iqtisadi mövzuları müzakirə etmək niyyətindədir:

“İlk olaraq mən prezidentlə şəxsən tanış olmaq istəyirəm. Heç bir telefon danışığı bunu əvəzləyə bilməz. Bir-biri haqqında danışmaqdansa. Bir-birilə danışmaq hər zaman daha yaxşıdır. Mən onunla təhlükəsizlik məsələlərini, beynəlxalq əməkdaşlıq, ticarət və iqtisadi mövzuları müzakirə etmək istəyirəm”.
Merkel G20 ölkələrinin səmimi əməkdaşlıqdan fayda götürdüklərinə əminliyini ifadə edib:

“G20 sammitinin ev sahibi kimi prezidentə məqsədlərimizi və reallaşdırmaq istədiyimiz layihələrimizi təqdim edəcəyəm. Ölkələrimiz səmərəli və səmimi əməkdaşlıqdan qazanır”.
Qeyd edək ki, Merkel ABŞ-da bir günlük səfərdədir. Cümə günü o, Trampla şəxsi görüş keçirəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti