"Avropada radikal sağ inkişaf edir" - Ekspertdən şərh

16-03-2017, 16:12
Oxunub: 687
"Mark Rut əlində olan imkanlardan çox yaxşı istifadə etdi"


Bu gün Hollandiyada parlament seçkiləri keçirilib. Seçkilərdə 13 milyondan çox insan iştirak edib və baş nazir Rutun partiyası 33 millət vəkili ilə qalib olub. Radikal sağ görüşlü Uildersin partiyası isə cəmi 19 millət vəkili ilə kifayətlənib. Qələbə qazanan digər bir partiya isə "Azadlıq və Demokratiya naminə Xalq Partiyası" olub.

Məsələ ilə bağlı Etatist.com-a açıqlama verən ACSIS Araşdırmalar Mərkəzinin rəhbəri Pünhani Əsgərli bildirib ki, Hollandiyadakı seçkilər Avropa üçün böyük əhəmiyyətə malik idi:

"Avropada hal hazırda radikal sağ inkişaf edir. ABŞ-da da Donald Trampın prezident seçilməsi bunu gücləndirən amillərdəndir. Hollandiya parlament seçkilərində də Uildersin namizədliyi bunu dəstəkləyən arqumentlərdən biridir. Mark Rut isə əlində olan imkanlardan çox yaxşı istifadə etdi.

Türkiyəylə yaşanan diplomatik problem Rutla Uildersın arasındakı təməl fərqləri aradan qaldırdı. Bununla da Rut Uildersə yaxın ancaq buna şübhəli yanaşan elektoratı da öz yanına çəkdi. Rutun yenidən parlamentdə üstünlüyü ələ alması Hollandiyada tək başına hökumət qurmasına imkan yaratmadı. 150 nəfərlik parlamentdə yalnız 33 yer qazandı. Nəticədə koalisiya qurmağa məcbur oldu. Rutun hökumət qurma cəhdləri bir müddət vaxt alacaq. Çünki parlamentdə əvvəlkinə nisbətən daha çox partiya güc qazanıb və bu partiyalarla hesablaşmaq məcburiyyətindədir. Bu proseslər də Hollandiya-Türkiyə problemini də bir az daha geri plana atacaq".

Qeyd edək ki, seçkilərdə 1114 namizəd mübarizə aparıb. Rəsmi nəticələr 21 mart tarixində açıqlanacaq.

Sevinc Abdullazadə
Etatist.com

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti