Corc Oruellin Qandi haqqında düşüncələri - 1949 (I HİSSƏ)

15-03-2017, 11:51
Oxunub: 2085
"Əgər o, istəsəydi, vəkil, idarəçi və ya uğurlu iş adamı ola bilərdi"


Müdriklər məsum olduqları sübut olunana qədər günahkar görünməlidirlər. Ancaq onların verəcəyi imtahanlar da hər dəfə eyni olmayacaqdır. Qandi mövzusunda hər kəsin soruşmağa meyilləndiyi suallar bunlardır: Bir həsirin üstündə oturaraq sırf ruhi güclə Britaniya İmperatorluğunu sarsan Qandi, necə olub ki öz prinsiplərini təhlükəyə ataraq hiyləgərlikdən yan qaçmayan siyasətə baş vurmuşdur? Bu suala dəqiq cavab verə bilmək üçün Qandinin hərəkət və yazılarını diqqətlə incələmək lazımdır. Lakin ümumiyyətlə onun bütün hərəkətləri önəm daşıyır, bir növ "müqəddəs ritual" kimidir. Amma həyatının "artıq yenidən yaşanması mümkün olmayan" deyə adlandırdığı 1920-ci illər dönəmi Qandinin lehinədir. Bu illər onu sübut edir ki, əgər o, istəsəydi, vəkil, idarəçi və ya uğurlu iş adamı ola bilərdi.

Bu avtobioqrafiya ilk dəfə yayımlananda xatırlayıram ki, mən onun ilk bölümlərini bəzi keyfiyyətsiz dərc edilmiş Hindistan qəzetlərində oxumuşdum. Özlüyündə Qandi barədə düşüncələrim olmadığı halda, bunlar yaxşı təsir etmişdi. Evdə toxunma paltarlar, "ruhi güclər" və vegeterianlıq kimi şeylər xoşagəlməzdir. Orta əsrlər çərçivəsində proqramı olan, olduqca geri bir ölkədə bunlar keçərli deyildi. İngilislərin ondan yararlandıqları və yararlandıqlarını zənn etdikləri açıq-aydın ortada idi. Tam ifadə etmək lazım gələrsə, bir millətçi olaraq o, bir düşmən idi, lakin hər krizisdə şiddəti önləmək üçün bütün gücünü səfərbər etməsi - ingilislərin prizmasından baxdıqda olduqca lazımlı idi. Ona görə də Qandi ingilislər tərəfindən "bizim adam" olaraq qavranılmışdı. Bu gerçək öz aralarında da "utanmazcasına" etiraf edilirdi. Hindistan milyonerlərinin də davranışları belə idi. Qandi onları sadəcə tövbəyə dəvət edirdi. Bu səbəbdən də onlar Qandiyə imkan yaradılmasının tərəfdarları idi, nəinki sərvətlərini yağmayalayacaq olan sosiaslist və kommunistlərə tərəf. Bu cür "hesab-kitabların" uzun zamanda nə dərəcə güvəndə olması şübhəlidir. Qandinin də dediyi kimi "xəyanətkarlar sadəcə özlərini aldadırlar..." Fəqət nəticədə, onun belə yumşaq münasibət görməsi əslində, "yararlı" olması hissindən əmələ gəlmişdir. Sadəcə 1942-ci ildə İngilis Mühafizəkarlar şiddətə əks əməllərinə görə ona əsəbləşmişdilər.

Corc Oruellin Qandi haqqında düşüncələri - 1949 (I HİSSƏ)

Fəqət o zaman da daxil olmaqla, ondan "gülünc və ittihamçı" kimi danışsalar da, anlaya bilirdim ki, ingilislər də ona xüsusi rəğbət bəsləyir...

Heç kim onun gərəksiz iddialı və əxlaqsız olduğunu söyləməmişdi və ya qorxu və nifrətə söykənən bir şey etdiyinin də şahidi olmamışdır. Qandi kimi birini mühakimə edərkən insan daxilən ona yüksək standartları aid etmək məcburiyyətində qalır. Hətta bəzən adama elə gəlir ki, sanki onun bəzi fəzilətləri hələ də insanlara aydınlanmayıb. Məsələn, təbii-fiziki cəsarətinin çox açıq olduğu bu avtobioqrafiyadan da bəllidir. Ölüm tərzi belə bunun sonradan görünən ən çılpaq təsviridir. Öz rütbəsinə azacıq dəyər verən bir ictimaiyyət adamı belə daha yaxşı qorunardı. F.M.Forster’in “A Passage to İndia” kitabında da dediyi kimi, "O, hindlinin yaxasını buraxmayan bir zəiflik ingilis münafiqliyidir: yəni şübhədən olduqca uzaq görünür." Saxtakarlığı cəldliklə anlamaqdan əlavə, insanların mümkün olan hər yerdə yaxşı niyyətlə davranmasının və hər bir kəsin içində yaxşı insanın olduğunun tərəfindədir. Hər nə qədər yoxsul, orta təbəqə bir ailədən gəlsə də, həyata olduqca dezavantajlı başlasa da, təsir gücü zəif zahiri görünüşə malik olsa da, o yenə də özlüyündə "aşağılıq və ya həsədlilik" duyğusu içərisində deyildi. Ən bərbad şəkli ilə Cənubi Afrikada gördüyü rəngli irq duyğusu onu çox təəccübləndirmişdi. Əməldə "rəngli irq savaşı" etsə belə, insanları mövqeləri və irqlərinə görə ayırmadı: əyalət qubernatoru, pambıq milyoneri, yarı ac işçi və ya İngilis əsgəri fərqi qoymadı, onların hər birinə eyni cürə yanaşdı və bunu da tələb etdi. İrq və rəng duyğusunun, Cənubi Afrikada hindli camaatın qalibi olaraq göstərildiyi ən pis şərtlər belə onu avropalı dostlarından ayırmadı.

Qısa müddətli qəzet seriyası olduğuna görə, bu avtobioqrafiya ədəbi xatirə olmaqdan çox, materiallarının çoxunun sadəliyi səbəbi ilə təsirli olmuşdur. Qandinin gənc bir hindli tələbənin tutquları ilə yola çıxdığı, fikirlərini bəzən dərəcə-dərəcə, bəzən istəksizcə mənimsədiyini də xatırlatmaq lazımdır. Şapka geyindiyi, rəqs dərsləri aldığı, fransız və latınca öyrəndiyi, Eyfel qülləsinə çıxdığı və hətta kaman çalmağı öyrənməyə çalışdığı bir zaman dilimini öyrənmək də olduqca maraqlıdır, qəribədir. Bütün bunlar, Avropa mədəniyyətinin mümkün olduğu qədər mənimsəmək fikri idi. Qandi nə uşaqlıqdan etibarən təəccübləndirəcək şəkildə təqvasıyla seçilən müqəddəslərdən idi, nə də sensasional dərəcədə dünyadan vazkeçmiş bir insan tipi..

Corc Oruellin Qandi haqqında düşüncələri - 1949 (I HİSSƏ)

"Gəncliyinin bütün günahları tamamən etiraf edilməkdədir, lakin etiraf ediləcək dəhşətli bir günahı da yoxdur..."

Kitaba üz qabığı olaraq Qandinin öldüyü zaman malik olduğu şeylərin fotosu qoyulub. Tamamilə bütün təchizatı beş sterlinqə almaq olarmış. Və Qandinin günahları, ələlxüsus cismi günahları, hamısı bir araya gətirilsə belə, eyni tip bir görüntü yaranırmış: bir az siqaret, bir-iki ağız dolusu ət, uşaqlığında evin xidmətçisindən gizlin götürdüyü qəpik-quruş, iki dəfə əxlaqsız qadınlar evinə getməsi (iki dəfəsində də "heç bir şey etmədən" uzaqlaşmış), Plimutda ev sahibəsiylə kiçik bir eşq macərası və bir dəfə əsəb partlması - bütün günahları təqribən bunlardır..

Demək olar ki, uşaqlığından bəri dindar olmaqdan çox, əxlaqi bir tövr içərisində dərin ciddiyəti vardı; amma otuz yaşına gələnə qədər dəqiq bir istiqamət duyğusu olmadı. İctimai həyata ilk girişi vegetarianizm yolu ilə oldu. Sıradan xüsusiyyətlərinin altında insan hər zaman onun qatı orta sinif iş adamı ruhunu hiss edir. Hətta fərdi ehtirası tərk etdikdən sonra belə insan onun çox uğurlu, enerjili bir vəkil, inadçı bir siyası təxribatçı, ekonomist, komitələrin hünərli idarəçisi və usanmaz üzvlük haqları təqibçisi olduğunu hiss edir. Son dərəcə kompleks bir xarakter idi, amma, o xarakterdə - vurğulayaraq deməliyik ki, pis heç nə yox idi.

Corc Oruellin Qandi haqqında düşüncələri - 1949 (I HİSSƏ)

"Özəlliklə, anarxistlər, passivistlər onun düşüncələrinin bəşəri və humanist tərəflərini nəzərə almırdılar..."

İnanıram ki, Qandinin ən qatı düşmənləri də daxil olmaqla, sırf varlığı ilə belə dünyaya rəng qatmış maraqlı və heyrətamiz bir adam olduğunu qəbul edərlər. Üstündə işlədiyi dini inancları qəbul etməyənlər üçün öyrətdiklərinin çox şey ifadə edib-etmədiyini və onun sevimli bir insan olub-olmadığı mövzusunda heç vaxt əmin ola bilmədim. Qandi haqqında sanki qərbli sol hərəkatının sadəcə bir "canıyananı" kimi deyil, həmçinin onun önəmli bir parçası imiş kimi danışmaq son illərin dəbi olub. Özəlliklə, anarxistlər, passivistlər onun düşüncələrinin bəşəri və humanist tərəflərini nəzərə almırdılar, yalnız mərkəzçiliyə və dövlət şiddətinə qarşı fikirlərini diqqətə alaraq öz adamları olduğunu iddia etmişdilər. Fəqət zənn edirəm ki, Qandinin düşüncələri sadəcə "Hər şeyin mərkəzi insandır və sahib olduğumuz yeganə dünyada həyatı yaşamağa dəyər hala gətirmək lazımdır" düşüncəsi deyil. Onlar sadəcə Tanrının mövcudiyyəti və bu dünyanın qaçınılması lazım olan aldanma olduğu qənaətində bir məna ifadə edirlər. Qandinin öz üzərində təkmilləşdirdiyi disiplinlər nöqtəsindən baxdıqda, insanoğlunun Tanrı və insanlığa xidmət etmək istəyirsə bunlardan vazkeçə biləcəyi fikrini önə daşıması diqqətəlayiqdir. Müridlərinə bunları detallarına qədər etməkdə israrcı davranmadığı da bilinəndir.

Ardı var...
İngilis dilindən tərcümə etdi: Xuraman Məmmədova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti