Britaniya parlamenti funt sterlinqi vurdu

14-03-2017, 15:42
Oxunub: 390
Parlamentin hər iki palatası "Brexit"ə dəstək verib


Böyük Britaniya parlamenti Baş nazir Tereza Meyə Avropa İttifaqından çıxış proseduruna başlamaq üçün rəsmən icazə verib. 

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, parlamentin hər iki palatası "Brexit"ə dəstək verib. 

Bu gün, martın 14-də kraliça Elizavetanın simvolik təsdiqindən sonra T.Mey II Dünya müharibəsindən sonra ən çətin sayılan danışıqlara başlayacaq. Hazırda ictimaiyyət tərəfindən gözlənən əsas fakt "Brexit"in formal olaraq nə zaman başlayacağı ilə bağlıdır.

Qeyd edək ki, parlamentin qərarından sonra funt sterlinq ucuzlaşmağa başlayıb. Dünənki qapanış rəqəmləri ilə müqayisədə funt dollara nisbətən 0,7% ucuzlaşaraq 1,2130 USD/GBP səviyyəsinə kimi geriləyib. "Report"un analitik qrupu bildirir ki, USD/GBP məzənnəsi üçün kritik hədd 1,1979 səviyyəsi sayılır. Funt sterlinq bu həddən aşağı enərsə, 1,14 USD/GBP-yə qədər geriləyə bilər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti