Putin Sarkisyanla Qarabağı müzakirə edəcək

13-03-2017, 14:30
Oxunub: 111
Səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti əsasında gerçəkləşəcək.


Ermənistan prezidenti Serj Sarkisyan martın 14-15-də Rusiyaya səfər edəcək.

Səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti əsasında gerçəkləşəcək.

Prezidentlərin görüşü zamanı siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair əsas məsələlər, eləcə də Avrasiya məkanında qarşılıqlı fəaliyyət inteqrasiyasının inkişaf perspektivləri müzakirə olunacaq.

Kremin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılacaq.(APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti