BMT: 2016-cı ildə Suriyada rekord sayda uşaq öldürülüb

13-03-2017, 13:57
Oxunub: 225
Daha 100 uşaq isə xəstəlikdən vəfat edi


BMT-nin yeni hesabatına görə, 2016-cı ildə Suriya münaqişəsi zamanı rekord sayda uşaq öldürülüb.

Təşkilatın UNİCEF uşaq fondunun məlumatına görə, ötən il ərzində Suriyada 650 uşaq öldürülüb.

Daha 100 uşaq isə xəstəlikdən vəfat edib. Bu ölümlərin qarşısı tibbi yardım vasitəsilə alına bilərdi.

UNİCEF-in bu hesabatı Suriya münaqişəsinin başlanmasının 6 ilinin tamam olması ərəfəsində dərc edilib.

Bir həftə əvvəl Save The Children beynəlxalq xeyriyyə təşkilatı Suriyada uşaqların "toksik stress" keçirdiyini bəyan edərək bunun ciddi sağlamlıq problemlərinə, o cümlədən böyük yaşda psixi pozuntulara yol aça biləcəyi ehtimalını irəli sürüb .

UNİCEF-in məlumatına görə, ötən il azı 851 uşaq silahlı qruplaşmaların apardığı döyüş əməliyyatlarında iştirak etməyə məcbur olub.

Bu isə əvvəlki illə müqayisədə iki dəfə çoxdur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti