Neftin ucuzlaşmasının səbəbi açıqlanıb

11-03-2017, 12:48
Oxunub: 98
Ümumilikdə isə neft-qaz quyularının sayı 288 ədəd və yaxud 60% artıb.


ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı martın 4-dən martın 10-dək 12 ədəd və ya 1,59% artaraq 768-ə çatıb.

ABŞ-ın "Baker Hughes" şirkəti xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 8 ədəd və yaxud 1,31% artaraq 617 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 3,42% artaraq 151 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd azalaraq 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 231 ədəd və yaxud 59,84%, qaz quyularının sayı isə 57 ədəd və yaxud 60,64%, ümumilikdə isə neft-qaz quyularının sayı 288 ədəd və yaxud 60% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 95,25% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 61,65% aşağıdır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti