“Brexit”in başlanma vaxtı dəqiqləşib

11-03-2017, 12:34
Oxunub: 551
Buna səbəb kimi nazirlər kabinetinin təkidi göstərilir.


Martın 14-də Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa İttifaqından çıxma proseduruna start verə bilər.

“The Daily Telegraph” qəzetinin verdiyi xəbərə görə, buna səbəb kimi nazirlər kabinetinin təkidi göstərilir.

Martın 13-də Böyük Britaniyanın İcmalar palatası Lordlar palatasının “Brexit”lə bağlı qanun layihəsinə daxil etdiyi dəyişiklikləri müzakirə edəcək.

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti