Bakıda avtobus belə aşdı - VİDEO

2-04-2013, 09:06
Oxunub: 1294


Ötən həftənin şənbə günü Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "İsuzu" markalı 10-TG-938 dövlət qeydiyyat nişanlı avtobus aşıb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Yaralananların hamısı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Xəsarət alanlara tibbi yardım göstərilib.

İlkin ehtimala görə, metronun "Qara Qarayev" stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən avtobusun aşmasına səbəb sürücünün sürət həddini aşması və döngədə avtobusun idarəetməsini itirməsi göstərilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

ANS PRESS qəza anından dərhal sonranın video görüntülərini yayıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti