Çavuşoğlu: Almaniya Türkiyənin daxili işlərinə qarışmamalıdır

8-03-2017, 15:08
Oxunub: 148
"Bu, yolverilməzdir"


"Almaniya hökuməti Türkiyənin daxili işlərinə qarışmamalı, tərəf tutmamalıdır".

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün almaniyalı həmkarı Sigmar Gabriel ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, hazırda gözlənilən referendumla bağlı Türkiyədə həssas dövrdür: “Belə bir həssas dövrdə Almaniyada referendum əleyhdarlarına aksiyalar keçirmək üçün icazə verilir, ancaq Türkiyə hökumətinin üzvlərinə referendumla bağlı görüşlər üçün icazə verilmir. Bu, yolverilməzdir. Türkiyə olaraq heç vaxt Almaniyada siyasi proseslərdə tərəf tutmadıq, çünki bu, Almaniyanın daxili işidir. Almaniya da Türkiyənin daxili işlərinə qarışmamalıdır”.

M. Çavuşoğlu qeyd edib ki, Almaniyada siyasətçilərin, medianın Türkiyəyə qarşı sərt münasibət bəslədiyi, hətta islamafobiya həddinə gəldiyi müşahidə olunur: “Bu, yolverilməzdir. Türkiyədə insan hüquqları və digər məsələlərlə bağlı Almaniya mövqeyini səsləndirir, bu, Türkiyənin daxili işlərinə qarışmaq sayılmır. Amma Türkiyə rəsmiləri Almaniyada demokratiya ilə bağlı fikirlər səsləndirəndə, bu, Almaniyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Bu yanaşma düzgün deyil”.

Türkiyədə həbs edilən türk əsilli almaniyalı jurnalist Dəniz Yucelin nə vaxt azadlığa buraxılacağı ilə bağlı sualın ona ünvanlanmasını yanlış sayan M. Çavuşoğlu. D. Yucelin jurnalist fəaliyyətinə görə deyil, konkret əməlinə görə həbs edildiyini söyləyib. Türkiyə xarici işlər nazirliyi D. Yucellə bağlı son qərarın məhkəmə tərəfindən veriləcəyini vurğulayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti