"İndulgensiya" təqdim olundu - Video

7-03-2017, 17:38
Oxunub: 1292
"Bizim yetişdirdiyimiz nəsillər günahsız nəsillər olacaq"


Mart ayının 5-də Milli Fikir Mərkəzinin təşkilatçılığı ilə yazıçı, “Kitabıstan” səhifəsinin koordinatoru Nicat Həşimzadənin “İndulgensiya” kitabının təqdimatı keçirilib.

Etatist.com xəbər verir ki, təqdimatda çox sayda gənc iştirak edib. N. Həşimzadə çıxış edərək bildirib ki, bu onun ikinci kitabıdır və burada “vəziyyəti necə dəyişmək olar” sualına cavab tapmağa çalışmışıb:

“Mən düşünürdüm ki, ölkəmiz bizə cənnət kimi görünmürsə, cənnəti öz ölkəmizdə özümüz qurmalıyıq.

Bizim hətta ziyalılarımız belə öz günahlarını bağışlatmaq üçün hansısa ziyarətgahlara gedirlər, amma bu günahları bağışlatmaq üçün çalışmırlar, tənbəlliyi seçirlər. Biz onları sorğulamalıyıq. Onlar bizə, Azərbaycan gəncliyinə hesabat verməlidirlər. Çünki bizdən sonrakı nəsillər də bizdən hesabat tələb edəcək. Onlara fəxrlə cavab vermək üçün gərək çalışaq, məqsədyönlü fəaliyyət göstərək və birləşək. Birləşməyi bacarsaq Azərbaycan insanının öz günahını bağışlatmağa ehtiyac olmayacaq, çünki bizim yetişdirdiyimiz nəsillər günahsız nəsillər olacaq”.

Daha sonra söz Milli Fikir Mərkəzinin sədri Şərhiyar Məcidzadəyə verilib:

“Yazarın vəzifəsi söz deməkdir, Nicat Həşimzadə də sözünü deyir. Yazarın vəzifəsi xalq aydınlanmasının qarşısında getməkdir, o da gedir. Hər kəsin bir-birinə dediyi “pulun varsa hər şeyin var”, “pulun varsa hər şey etmək olar”... Mən sizə yüzlərlə pula sahib olan insan göstərə bilərəm ki, onlar “cənnət qəbzlərinə” ehtiyac duyurlar. Bizim “cənnət qəbzlərimiz” fikirlərimizdir. Nə satın almaq mümkündür, nə qırmaq, nə öldürmək... Fikirlər ölmür”.

Kitabın redaktoru İsmayıl Rizvanoğlu isə çıxışı zamanı bildirib ki, N. Həşimzadənin güclü qələmi var:

“Biz "Yumruq" Ədəbi Birliyi yaratmışdıq. Həmin birlikdə olan yazarlar arasında qələmi dayanmayan yazarlardan biri də Nicat Həşimzadədir. İnanıram ki, bundan sonra da yazıları davamlı olacaq”.

Qeyd edək ki, “İndulgensiya” kitabında müəllifin məqalələri və hekayələri yer alıb.

Onu da əlavə edək ki, indulgensiya - katolik kilsələrdə günaha görə müvəqqəti cəzalardan azad olunma üçün satılan "cənnət qəbzləri"dir.

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

"İndulgensiya" təqdim olundu - Video

Kamran Həsənli
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Adil Ələmdar 8 mart 2017 00:29  

Mənə Elə gəlir ki,əsərdən sırf İndulgensiyanı praktiki yöndə yazı üslubu sayca ikincidir,onun əvvəlkilərdən fərqləndirən cəhəti,əslində bir türk millətinin gəlib keçmiş ən istedadlı yazarlarından biri sayıram Nicat Həşimzadə

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti