Rusiya və ABŞ Baş qərargahlarının rəisləri yenidən bir arada

7-03-2017, 13:11
Oxunub: 352


Rusiya, Türkiyə və ABŞ Baş qərargah rəisləri Suriya və İraq məsələsini müzakirə etmək məqsədilə bu gün Antalyada bir araya gəliblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ-ın Baş Qərargahlar Komitəsinin rəisi, ordu generalı Cozef Danford Antalyada üçtərəfli görüşdə iştirak edirlər. Görüşdə Suriya və İraqda təhlükəsizlik məsələləri üzrə birgə müzakirələr aparılacağı planlaşdırılır", - deyə yayılan press-relizdə bildirilir.

Virtualaz.org xatırladır ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ-ın Baş Qərargahlar Komitəsinin rəisi Cozef Danford bundan əvvəl Bakıda görüşmüşdülər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti