Bakı-İstanbul aviareysinin sərnişinində şübhəli çanta

3-03-2017, 18:28
Oxunub: 603
Faktla bağlı araşdırma aparılır.


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşının çantaları rentgen aparatından keçirilərkən monitorda kağız pula bənzər təsvirlər görünüb. Həmin şəxs gömrük əməkdaşı tərəfindən saxlanılıb və ona məxsus çantalar təkrar yoxlanılıb.

Nəticədə, çantalardan birinin içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 400 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 40.000 ABŞ dolları, digər çantanın içərisində isə 200 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti