Sarkisyan Putinlə görüşə gedir

1-03-2017, 11:02
Oxunub: 124
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.


Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya ikigünlük səfər edəcək.

APA-nın verdiyi xəbərə görə, səfər zamanı Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyət müzakirə olunacaq.

Danışıqların yekunlarına dair bir neçə investisiya sazişlərinin imzalanması gözlənilir.

Sarkisyan-Putin görüşünün Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutacağı bildirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti