Sərdar Həmidovun vəfatından bir il ötdü

28-02-2017, 10:31
Oxunub: 2004
Sərdar Həmidov 2016-cı ildə vəfat edib


Mart ayının 1-də Tərtər rayonunun sabiq icra başçısı, Tərtər batalyonunun komandiri Sərdar Həmidovun il mərasimi olacaq.

Mərasim Bakıda ikinci Fəxri Xiyabanın girişində, Badamdar dairəsindəki “Qurd qapısı” restoranının yaxınlığında yerləşən mərasim evində olacaq.

Xatırladaq ki, Sərdar Həmidov 1992-1994-cü illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və ərazi özünümüdafiə komitəsinin sədri, Tərtər batalyonun komandiri olub.

O, Ağdərə əməliyyatının hazırlanması və həyata keçirilməsində, Tərtər-Kəlbəcər yolunun açılmasında böyük xidmətlər göstərib. Prezident Elçibəy tərəfindən göstərdiyi xidmətlərə görə Fəxri fərman verilib və Milli Qəhrəman adına təqdimat yazılıb.

Sərdar Həmidov 2016-cı ildə vəfat edib.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti