Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti seçildi

27-02-2017, 14:43
Oxunub: 1630
Hərəkatın rəhbərliyi üç ildən bir yenidən seçilir


Azərbaycan Avropa Hərəkatının IV Konqresi keçirilib. Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi üzvlərinin iştrakı ilə “Park İnn” Otelinin “Füzuli Zalı”nda öz işinə başlayan Konqresdə hərəkatın prezidenti, İdarə Heyəti üzvləri, vitse-prezidentlər və Nəzarət Təftiş Komissiyası üzvləri seçilib. Tədbirdə həmçinin Hərəkatın bundan sonrakı fəaliyyət istiqamətləri, Baş Katibi, Katiblər, Müşavirlər, Komitə sədrləri də geniş ictimaiyyətə təqdim olunub.

Etatist.com xəbər verir ki, Konqresdə beynəlxalq qurumların, səfirliklərin, ictimai və siyasi təşkilatların nümayəndələri, o cümlədən dövlət təmsilçiləri, ictimai xadimlər, KİV iştirak edib.

Beləliklə, Ramin Hacılı prezident, Leyla Məmmədli, Mərdan Əfəndiyev, Sevinc Hacızadə, Şəmşir Tərlanov vitse-prezident, Xalisə Şahverdi, Orxan Quliyev (Odər), Tural Abbasov, Tamilla Məmmədova (Qulami), Tural Tağıyev, Qüdsiyyə Məmmədova, Şəfəq Əsgərova, Vüqar Əhmədov, Nərgiz Eyvazova, Leyla İsrafilov, Orxan Məmmədli, Toğrul Tağızadə, Məcid Musayev, Əfsanə Ələsgərli, İdərə Heyətinin üzvü, Babək Əliyev, Sevinc Çəltikova, Cavid Əliyev Nəzarət Təftiş Komissiyası üzvü seçilib.

Növbəti iki ildə hərəkatın icra işlərini həyata keçirəcək şəxslər kimi KİV-ə təqdim olunanlar: Baş Katib – Aygül Cəfərova, Layihələrin İdarə Olunması üzrə Katib – Röya Vəliyeva, İctimai Məsələlər üzrə Katib – Pərviz Əzimov, Təşkilati Məsələlər üzrə Katib – Nərmin Ramazanova, Beynəlxalq Əlaqələr üzrə Katib – Nəzakət Ağayeva, Maliyyə Məsələləri üzrə Katib – Natəvan Quliyeva, Assosativ Üzvlər üzrə Katib – Kənan Rəfiyev, İctimai Birliklər ilə İş üzrə Müşavir – Zöhrə Poladlı, Gənclər Təşkilatları ilə İş üzrə Müşavir – Hacı Zeynallı, Sosial İşlər üzrə Müşavir – Fidan Qurbanzadə, Korporativ Qurumlarla İş üzrə Müşavir – Natiq Əhmədov, KİV ilə İş üzrə Müşavir – Şəmşad Ağayev, Regionlarla iş üzrə müşavir – Rəvanə Qasımova, Beynəlxalq Təşkilatların Təcrübəsinin Öyrənilməsi Komitəsi - Nərmin Şamilova, Genişlənmə Komitəsi – İqbal Abdullayev, İnsan Haqları və Demokratiya Komitəsi – Elnur Rəşidov, Təhsil və Mədəniyyət Komitəsi – Vüsal Əhədzadə, Ekologiya və Ətraf Mühit Komitəsi – Pənah Hüseynli, İnteqrasiya Komitəsi – Zinəddin Babayev.

Qeyd edək ki, 2012-ci ilin 17 fevral tarixində ilk Konqresini keçirən hərəkatın 41 nəfərdən ibarət təşəbbüs qrupu, 3 il müddətinə qurumun rəhbər orqanlarını seçmişdi. Azərbaycan Avropa Hərəkatı (AAH) 2012-ci ilin sentyabr ayında Beynəlxalq Avropa Hərəkatına (BAH) tamhüquqlu üzv kimi qəbul edilib. Həmin ilin iyun ayında isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Azərbaycanın 14 regionunda öz klublarını yaradıb. Müntəzəm olaraq Azərbaycanda Avropa dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərən hərəkatın başlıca məqsədi Avrointeqrasiya prosesinə dəstək verməkdir. Bu istiqamətdə yerli və beynəlxalq fondlarla sıx əməkdaşlıq edən hərəkatın rəhbərliyi üç ildən bir yenidən seçilir.

Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti seçildi

Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti seçildi

Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti seçildi 

Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti seçildi

Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti seçildi

Ramin Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti seçildi

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti