Pakistan generalı bəzi silahların istehsal texnologiyasını Azərbaycana vermək istəyir

27-02-2017, 12:13
Oxunub: 356
Şirkət artıq Pakistanda daxili qoşunlara silah təminatını həyata keçirir.


Pakistanın GIDS (Global Industrial & Defence Solutions) şirkəti quru qoşunları, hərbi dəniz qüvvələri və daxili qoşunların təchizatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bu barədə "Report"a şirkətinin rəhbəri, istefada olan general-mayor Tariq Cavaid bildirib.

Onun sözlərinə görə, şirkət artıq Pakistanda daxili qoşunlara silah təminatını həyata keçirir.

"Daxili qoşunları dəbilqələr, tüstü bombası ilə təmin edirik. HHQ və quru qoşunlarına gəlincə, artıq müqavilələrimiz var və hər iki ölkənin yüksək rütbəli məmurlarından təsdiq gözləyirik", - deyə, T.Cavaid vurğulayıb.

GIDS rəhbəri həmçinin əl qumbaraatanlarının istehsalı texnologiyasını Azərbaycana verməkdə maraqlı olduqlarını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu məsələ ilə bağlı müəyyən razılaşma var.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti