Sarkisyan Brüsselə getdi

24-02-2017, 18:01
Oxunub: 545


Ermənistan prezidenti Serj Sarkisyan 26-28 fevralda Belçikada işgüzar səfərdə olacaq.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistanın rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Sarkisyan səfəri çərçivəsində Avropa Birliyinin bütün strukturlarının rəhbərləri -Avropa Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Birliyi xarici siyasətinin başçısı, Avropa Komissiyasının sədr müavini Federikoy Moqerini, Avropa Parlamentinin sədri Antonio Tayani, həmçinin Avropa Xalq Partiyasının başçısı Cozef Dol və NATO-nun baş katibi Yans Stoltenberqlə görüşəcək.

Bundan başqa, Brüsseldə "Karneqi" tədqiqat mərkəzinin ekspertləri ilə görüş və çıxış da planlaşdırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti