Bloger Mehman Hüseynovun məhkəməsi keçirilib

24-02-2017, 13:09
Oxunub: 442
Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.


Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

Xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub. Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib.

Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi rayon Pİ-də təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra M. Musayev onu məhkəməyə verib. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti