Azərbaycan neftinin qiyməti 58 dolları ötdü

22-02-2017, 12:56
Oxunub: 563
"Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti də 0,93 dollar, yaxud 1,62% artıb.


Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,66 dollar bahalaşaraq 54,06 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 56,85 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti də 0,93 dollar, yaxud 1,62% artıb.

Beləliklə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 58,39 dollara bərabər olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti