Tolstoy müzakirə edildi - Fotolar

20-02-2017, 20:30
Oxunub: 171
"Mahatma Qandi Tolstoyu çox diqqətli araşdırıb və ondan təsirlənib"


Fevral ayının 19-da Milli Fikir Mərkəzinin ofisində Müşfiq Ötgünün məruzəçiliyi ilə "Tolstoy humanizmi" mövzusunda seminar keçirilib.

Etatist.com-un məlumatına görə "Kitabıstan"ın təşkilatçılığı ilə keçirilən seminara gənclərin marağı böyük olub.

Müşfiq Ötgün Tolstoy haqqında danışaraq tarixdə ondan təsirlənən çox şəxsiyyət olduğunu bildirib:

"Mahatma Qandi Tolstoyu çox diqqətli araşdırıb və ondan təsirlənib".

Məruzəçi qeyd edib ki, Tolstoy öz kitablarının müəlliflik hüququndan imtina edib:

"Onun kitabını hamı çap etdirə bilərdi. Tolstoy öz kitablarına, əsərlərinə maddi gəlir kimi baxmayıb.

Amma bir məsələ var ki, kitablarının müəlliflik hüququndan imtina etmək haqqında danışsa da, tərəddüd edib. Hətta imzanı meşədə çəkib. Yəni o, sözü deyirdi, amma hələ dediyi sözə hazır olmurdu. Tolstoy deyirdi ki, insan belə olmalıdır, amma özü o qədər mükəmməl deyildi hələ. Mükəmməlliyə doğru gedirdi".

Qeyd edək ki, "Kitabıstan" mütəmadi olaraq gənclərlə filosofların, yazarların görüşlərini təşkil edir.

Tolstoy müzakirə edildi - Fotolar

 

Tolstoy müzakirə edildi - Fotolar

 

Tolstoy müzakirə edildi - Fotolar

 

Tolstoy müzakirə edildi - Fotolar

 

Tolstoy müzakirə edildi - Fotolar

 

Tolstoy müzakirə edildi - Fotolar

 

Tolstoy müzakirə edildi - Fotolar

 

Tolstoy müzakirə edildi - Fotolar

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti