Artur Rasizadə Milli Məclisə hesabat verəcək

15-02-2017, 16:19
Oxunub: 910
Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.


“Hökumət mart ayında Milli Məclisə hesabat verəcək”.

Modern.az bildirir ki, baş nazir Artur Rasizadə deputatlar qarşısında çıxış edərək Nazirlər Kabinetinin ötənilki fəaliyyətini müzakirəyə çıxaracaq.

Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

O, qeyd edib ki, hesabat tanışlıq üçün 20 gün əvvəl deputatlara paylanır: “Hələlik, o sənəd bizə verilməyib”.

Hesabat zamanı müzakirə ediləcək məsələlərə dair V.Əhmədov bildirib ki, bu, əsasən, həyata keçiriləcək tədbirlərlə bağlı olacaq: “Bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2016-cı il dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Bunun icrası ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlər maraq doğurur. Ölkədə ciddi islahatlara start verilib. Azərbaycan Nazirlər Kabinetinin islahatları hansı istiqamətdə aparacağı ilə bağlı suallar çoxdur. Ümid edirəm ki, hökumətin hesabatında bu suallara aydınlıq gətiriləcək”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti