"Xalq-dövlət həmrəyliyi ili" elan edildi - 2017

13-02-2017, 13:58
Oxunub: 2273
"Xalqla dövlət arasında həmrəyliyin olmasına böyük ehtiyac olduğu qənaətindəyik"


Azərbaycan Avropa Hərəkatı 2017-ci ili "Həmrəylik ili" elan edib. Hərəkatdan verilən açıqlamaya görə ilboyu bu istiqamətdə işlər görüləcək.

Azərbaycan Avropa Hərəkatından Etatist.com-a daxil olan açıqlamada bildirilir:

- Dünya bazarında neft qiymətinin aşağı düşməsindən sonra, bu hadisələrin fonunda baş verən qlobal proseslər nəticəsində inkişaf etməkdə olan ölkələrlə birlikdə Azərbaycan da iqtisadi çətinliklərlə üz-üzə qalıb.

Bununla bağlı hər gün yayılan xəbərlər vətəndaşların sosial-psixoloji durumuna təsir etməklə, gərginliyin artırılmasına səbəb olur. İslahatlara keçid dönəmi, xüsusən, iqtisadi yerdəyişmələr insanlara qorxulu yenilik kimi görünür. Belə bir vəziyyətdə biz Azərbaycan Avropa Hərəkatı olaraq insanlar arasında maarifləndirmə və pozitiv əhval-ruhiyyə yaratma tədbirlərini vacib hesab edir və hazırkı durumdan çıxış üçün xalqla dövlət arasında həmrəyliyin olmasına böyük ehtiyac olduğu qənaətindəyik. Cəmiyyətdə sülh və əminamanlığın bundan sonra da mövcud olması adına, xalq və dövlət münasibətlərinin qarşılıqlı etimada əsaslanması, bu istiqamətdə fərdi təşəbbüsləri artırmaq və qarşımıza qoyduğumuz digər məqsədləri həyata keçirmək üçün 2017-ci ili “Həmrəylik ili” elan edir və ilboyu bu istiqamətdə işlər görməyi düşünürük:

1. Vətəndaşlarda pozitiv əhvalı artırmaq üçün ilboyu tədbirlər keçirmək.
2. Dünyada yaşayan azərbaycanlıları milli məsələlər uğrunda proseslərə cəlb etmək.
3. Dövlət tərəfindən həyata keçirilən islahatların düzgün izahını vermək üçün maarifləndirmə işləri həyata keçirmək.
4. Beynəlxalq qurumlar qarşısında Azərbaycan həqiqətlərini qaldırmaq.
5. İş adamlarını stimullaşdırmaq və ölkəyə investisiya cəlbinə nail olmaq.
6. Vətəndaş Cəmiyyəti İnstitutlarını vətəndaşlar arasında aparılacaq təbliğat prosesinə cəlb etmək.
7. Bütün tərəflərin barış içində olması və dialoq müstəvisində danışması üçün təşəbbüslər göstərmək.

Etatist.com
Şərhlər : 1 Şərh yaz
Boz Qurd Sedi 18 fevral 2017 03:06  

Uqurlar Bey!

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti