Rusiya AŞPA-ya qayıtmaq şərtini elan edib

7-02-2017, 15:59
Oxunub: 341


Rusiya Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtmaq şərtini açıqlayıb.

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski ölkəsinin AŞPA-nın reqlamenti dəyişməyənə qədər bu təşkilata qayıtmayacağını söyləyib: “Nə qədər ki, Avropa Şurası Parlament Assambleyasının reqlamentinə yenidən baxılmayıb, biz bu qurumun işində tam formatda iştirak etməyəcəyik”.

Qeyd edək ki, AŞPA 2014-2015-ci illərdə Krımın Rusiya tərəfindən ilhaqından sonra bu ölkənin nümayəndə heyəti səsvermə, AŞ orqanlarının işində iştirak və seçkilərin monitorinqi hüququndan məhrum edib. Rusiya nümayəndə heyəti isə buna cavab olaraq AŞPA-dakı fəaliyyətini dayandırıb.(virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti