Google şirkəti: YouTube bağlanır!

1-04-2013, 09:41
Oxunub: 1363


Etatist.com-un məlumatına görə, Google şirkəti istifadəçiləri ilə zarafat edib və onlara YouTube portalının 2023-cü ilədək bağlanması ilə bağlı xəbərdarlıq ünvanlayıb.

"Aprelin 2-də gecə yarısı YouTube portalı fəaliyyətini dayandıracaq. Bu, mütəxəssislərin növbəti 10 il ərzində bütün zamanlarda yerləşdirilmiş ən yaxşı videonun müəllifini müəyyənləşdirməsi üçün edilir”, - şirkətdən bildirilib.

Bundan başqa, Googde istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki, bütün videolar silinəcək.

Sonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edibmiş.

Qeyd edək ki, hazırda YouTube-nin auditoriyası 1 milyard nəfərdir.

 

anspress

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti