Rusiyada növbəti Zika virusuna yoluxma halı qeydə alınıb

6-02-2017, 13:44
Oxunub: 204
Virus Meksikadan qayıdan turistdə aşkar edilib


Rusiyada növbəti Zika virusuna yoluxma halı qeydə alınıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (Federal İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti - red.) rəhbəri Anna Popova bildirib.

Onun sözlərinə görə, virus Meksikadan qayıdan turistdə aşkar edilib.

Xatırladaq ki, ötən ilin noyabr ayında "Rospotrebnadzor" rəhbəri Rusiyada Karib hövzəsindən gəlmə 13 virusa yoluxma halı qeydə alındığını xəbər verib.

Zika virusu meymunlarda müşahidə edilən və bəzən ağcaqanadlar vasitəsilə insanlara keçən, qızdırma ilə xarakterizə olunan kəskin yoluxucu infeksiyon xəstəlikdir. Virus daha çox hamilə qadınlar üçün təhlükəlidir, çünki onun ana bətnində olan körpədə potensial ciddi beyin zədələnməsi ilə mikrosefaliyaya səbəb olduğu güman edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti