Azərbaycanda yaxın iki gündə hava şəraiti dəyişməyəcək

6-02-2017, 13:40
Oxunub: 274
Fevral ayının 6 və 7-də ölkə ərazisində hava şəraiti sabit keçəcək


“Azərbaycanda bu gün müşahidə olunan hava şəraiti sabah da davam edəcək”.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, fevral ayının 6 və 7-də ölkə ərazisində hava şəraiti sabit keçəcək: "Hazırda müşahidə olunan sabit hava şəraiti bu gün və sabah da davam edəcək. Hava şəraitinin günəşli və əsasən yağmursuz olacağı gözlənilir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti