newstitle

Azad Suriya Ordusu: "Əsəd ölüb"

Oxunub : 6490 Tarix : 30-03-2013, 17:19

"Suriyada və bütün ərəb ölkələrində çoxdan səbirsizliklə gözlənilən bu xəbər artıq elan olunmalıdır. Biz Bəşər Əsədin ölüm xəbərini almışıq. Xəbər öz təsdiqini tapıb”.

APA-nın xəbərinə görə, bu barədə Azad Suriya ordusunun "Şuhədai-Duma” briqadasının generalının "youtube”-də yayılan müraciətində bildirilir.

Briqada generalı müraciətində deyib ki, əgər Bəşər Əsəd ölməyibsə, 12 saat ərzində sağ qaldığını ekran qarşısına çıxıb sübut etsin: "Bu xəbər Əsədin tabeçiliyində olan zabit və əsgərlər üçündür. Özünüzü Azad Suriya ordusuna təslim edin, yoxsa bu andan sonra sizə rəhm etməyəcəyik. Biz söz veririk ki, kim təslim olarsa, ədalətlə mühakimə olunacaq. Siz kimin üçün döyüşürdünüzsə, o, artıq qətlə yetirilib. Əmin olun ki, Azad Suriya ordusunda vuruşan qardaşlarınız sizin həyatınızın təminatçısıdırlar, buna görə də, öz mövqelərinizi boşaldaraq tərk edib Azad Suriya ordusuna təslim olmağınız üçün sizə bu xəbər elan olunan vaxtdan etibarən 3 gün vaxt verilir, bu, son xəbərdarlıqdır”.

O, daha sonra müraciətində Azad Suriya ordusuna xitab edərək "Biz uzun bir döyüş yolu keçdik, bunun üçün sona qədər, ölkədə tam təhlükəsizlik və sabitlik bərqərar olunanadək davam etməniz xahiş olunur”, deyə bildirib.
Şərhlər : 3 Şərh yaz
sebuhi 30 mart 2013 19:31  
ne mutlu azad suriya ordusuna
vetenperver 31 mart 2013 00:26  
Azad suriya ordusu yox.....amerikanln itleri....besher esed qanuni prezidentdir
reshad 31 mart 2013 19:30  
esedi yalniz ummetden olmayan kafir rafiziler destekleye biler.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)

Adınız:*
Şərh:    
Şəkildəki şifrəni yazın: *
*ilə işarələnmiş sahələrin doldurulması vacibdir

Zaman

Facebook

Robert Sekuta: “ABŞ Azərbaycanın güclü tərəfdaşıdır”
"Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana...
Bu gün, 16:23

Bəşər Əsəd: “ABŞ-la dialoqa hazırıq”
"ABŞ da daxil olmaqla, kiminlə olursa, olsun, qarşılıqlı...
Bu gün, 15:37

"AST Telman"ın otelini əlindən aldılar
Antalya bələdiyyəsi oteli 325 milyon TL başlanğıc qiymətdən...
Bu gün, 15:36

Prezident MTN əməkdaşlarına hərbi rütbələr verdi
Nazirliyin əməkdaşları Azərbaycanda milli təhlükəsizliyin...
Bu gün, 15:16

Məmuru güllələyən soydaşlarımız belə tutuldu - Video
Onların yaxalanması əməliyyatında "Alfa” xüsusi təyinatlı...
Bu gün, 14:17

Bakıda qızıl satıcıları etiraza qalxdı - Fotolar
Univermaqda yerləşən bütün ticarət obyektlərində satış...
Bu gün, 14:14

Azərbaycan nefti bahalaşdı
"Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 60,37...
Bu gün, 14:02

Bir hərbçimiz şəhid oldu
"Şəhid hərbçimizin ailəsinə dərin hüznlə başsağlığı veririk”...
Bu gün, 13:58

Daha bir erməni əsgər ölümcül vəziyyətdədir
Onun təcili İrəvan şəhər xəstəxanasına çatdırılması vacib...
Bu gün, 12:40

Türkiyə parlamentində daha bir gözlənilməz hərəkət- Foto
CHP millət vəkili Ənsar Öyüt Məclis kürsüsünə əlində bişmiş...
Bu gün, 12:23

Nyu-Yorkdakı partlayış 3 binanı dağıtdı
"Onlar qaz boru xəttini zədələyiblər”...
Bu gün, 12:06

Lavrovun Latın Amerikasına səfəri sona çatdı
"Biz əsla nə Ukraynada, nə də Yəməndə son hadisələrin baş...
Bu gün, 11:37