"Diplomatiya Məktəbi" fəaliyyətə başladı - FOTOLAR

1-02-2017, 17:51
Oxunub: 3520
Məktəb fevral ayının 11-nə qədər davam edəcək.

Fevral ayının 1-də Milli Fikir Mərkəzinin ofisində Milli Fikir Mərkəzinin üzvləri tərəfindən təşkil olunmuş “Diplomatiya məktəbi” öz fəaliyyətinə başladı.

Etatist.com xəbər verir ki, açılış mərasimində məktəbin rəhbəri Pünhani Əsgərli bildirib ki, bu layihə Azərbaycan gənclərin diplomatiya sahəsinə marağının artırılması və diplomatiya sahəsində bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulub:

“Diplomatiya məktəbi elan olunduğu gündən etibarən gənclərin böyük diqqətini çəkdi. 120 nəfərdən çox adam qeydiyyatdan keçsə də onlardan yalnız 52-i məktəbə seçildi. 52 nəfər, iki qrup şəklində fevral ayının 11-nə qədər dərslərdə iştirak edəcək”.
Daha sonra Milli Fikir Mərkəzinin idarə heyətinin üzvü Həbib Rüstəm gənclərə MFM haqqında məlumat verib:

“MFM 2012-ci ildə yarananda məqsədimiz gənclərin kadr kimi yetişməsi, öz sahələrində ən yaxşısı olması üçün çalışması idi. Biz indi də bu yöndə çalışırıq”.

“Diplomatiya məktəbi”ndə dərs deyəcək olan müəllimlər – Mələkxanım Hacıyeva və Araz Əliyev də tədris edəcəkləri mövzu barədə qısa məlumat veriblər.

Açılışdan sonra Pünhani Əsgərli tərəfindən I qrupun ilk dərsi  - Müasir siyasi proseslər dərsi keçirilib. Qrupun ikinci dərsi isə MFM sədri Şəhriyar Məcidzadənin məruzəçili ilə keçirilib – Müasir Azərbaycanın xarici siyasəti.

Qeyd edək ki, məktəbin sonunda seçilmiş iştirakçılara sertifikat veriləcək. Məktəb fevral ayının 11-nə qədər davam edəcək.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti