Özlərini çarmıxa çəkdilər - Şok Foto

30-03-2013, 14:05
Oxunub: 1208


Filippinlilər və hindistanlılar Hz. İsanın çarmıxa çəkilişini yenidən canlandıraraq tükürpədici görüntülərə səbəb olublar.

 

AzNews.az xarici məbuata istinadən xəbər verir ki, dünyanın dörd bir tərəfindən minlərlə xristian bir yerə toplaşaraq "Yaxşı Cümə" və ya "Müqəddəs Cümə" adlandırılan günü qeyd ediblər.


Katolik kilsəsinin təsdiqini alan bir neçə filippinlilər Hz. İsanın çarmıxa çəkilməsini 9 dəfə yenidən canlandırıblar. Onların mismarlarla əllərindən və ayaqlarından çarmıxa vurulması tükürpədici görüntülərin ortaya çıxarıb. Qeyd edək ki, təşkil edilən bu rəsmi mərasimi, minlərlə adam maraqlı və dəhşət dolu baxışlarla izləyib.

Hindistanda da analoji hadisə baş verib. Kilsədən icazə alan bir neçə yerli sakin Hz. İsanın çəkdiyi əziyyəti hiss etmək, günahlarından təmizlənmək və İsaya təşəkkürlərini təqdim etmək üçün özlərini çarmıxa çəkdiriblər.

Məlumat üçün bildirək ki, xristianlılar Müqəddəs Cümənin Hz. İsanın çarmıxa çəkildiyi gün olduğuna inanırlar. Filippin və bəzi Cənubi Amerika ölkələrindəki bir neçə xristian təriqətləri Müqəddəs Cümədə Hz. İsanın əzabına ortaq olmaq üçün bədənlərinə əziyyət edən ayinlər çəkdirirlər.
Özlərini çarmıxa çəkdilər - Şok Foto
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti