Ərdoğan Afrika turnesinə çıxdı

23-01-2017, 12:23
Oxunub: 421
Tanzaniyadan əlavə, Türkiyə lideri Mozambik və Madaqaskara da səfər edəcək.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın bir sıra ölkələrinə səfərə başlayıb.

"Report" xəbər verir ki, o, səfərlərinə Tanzaniyadan başlayıb. Dövlət başçısı hazırda adıçəkilən ölkədədir.

Tanzaniyadan əlavə, Türkiyə lideri Mozambik və Madaqaskara da səfər edəcək. Səfər zamanı R.T.Ərdoğan bu ölkələrlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, eləcə də Fətullah Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatı ilə mübarizə məsələsini müzakirə edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti