Xəzərin hüquqi statusu ilə bağlı komissiyanın iclası yanvarın sonlarında Bakıda keçiriləcək

20-01-2017, 11:30
Oxunub: 565
"Bu iclas nazirlər səviyyəsində keçiriləcək görüşə hazırlıq statusunu daşıyır"


Xəzərin hüquqi statusu ilə bağlı komissiyanın iclası yanvarın sonlarında Bakıda keçiriləcək.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, bu iclas nazirlər səviyyəsində keçiriləcək görüşə hazırlıq statusunu daşıyır. "Eyni zamanda konvensiya layihəsi ilə bağlı razılaşdırılmamış məsələlər müzakirə olunacaq. Həmçinin 2017-ci ildə keçiriləcək sammitə hazırlıq işləri də müzakirə olunacaq".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti