Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşəcək

19-01-2017, 16:48
Oxunub: 409


Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 27-də Bərdə rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən Report-a daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64; (050) 352 06 27) və Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 317 93 60) müraciət edə bilərlər.

Qəbula yazılmaq, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti