Azərbaycan ötən il 6,5 mlrd. dollarlıq xam neft ixrac edib

19-01-2017, 13:20
Oxunub: 276
Dəyəri 26,6% az olub


2016-cı ildə gömrük bəyannamələrinə əsasən Azərbaycandan 20,901 mln. ton həcmində xam neft ixrac olunub.

Report Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac neftinin dəyəri 6,505 mlrd. dollar təşkil edib.

Ötən il ixrac edilən xam neftin miqdarı 2015-ci illə müqayisədə 4,8%, dəyəri isə 26,6% az olub.

2016-cı ildə xam neft ixracı ümumi ixracın 71,14%-ni təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti