Ana və körpə doğuş zamanı öldü

19-01-2017, 12:44
Oxunub: 277
Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti