OPEC neft tələbi ilə bağlı proqnozunu artırıb

18-01-2017, 19:12
Oxunub: 276
ABŞ-da neft hasilatının 0,23 mln. barel/gün artacağı ehtimal edilir


OPEC dünya neft tələbi ilə bağlı proqnozunu dekabr ayı ilə müqayisədə 0,04 mln. barel artıraraq 95,6 mln. barelə yüksəldib.

"Report" xəbər verir ki, bu barədə təşkilatın yanvar hesabatında bildirilir.

OPEC-in hesabatına əsasən, proqnozun yüksəldilməsinə səbəb OECD üzvü olan Avropa ölkələrində tələbin artması və gözlənilən soyuq hava şəraiti durumunda nəqliyyatda yanacaq sərfiyyatının artması ilə bağlıdır. Hesabatda OPEC üzvü olmayan ölkələrdə neft hasilatının 2017-ci ildə 0,12 mln. barel/gün artaraq 57,26 mln. barelə çatması gözlənilir. 

Bununla yanaşı, ABŞ-da neft hasilatının 0,23 mln. barel/gün artacağı ehtimal edilir. Rusiyada isə neft hasilatının 2016-cı illə müqayisədə bu il 30 min barel/gün azalaraq 11,05 mln. barel/gün olması proqnozlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti