Azərbaycan ötən il neft hasilatını 1,4% azaldıb

17-01-2017, 12:18
Oxunub: 303
Mədənçıxarma sektorunda neft hasilatı 1,4%, əmtəəlik qaz hasilatı isə 3,9% azalıb.


2016-cı ildə Azərbaycanda sənaye sahəsində 32,3 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 0,4% az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5% artıb, neft sektorunda isə 1,1% azalıb.

Sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,2%-i emal sektorunda, 5,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 1,4%, əmtəəlik qaz hasilatı isə 3,9% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 41%, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8%, kağız və karton istehsalı 1,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3%, hazır metal məmulatlarının istehsalı 24,9%, kompüter və elektron məhsulların istehsalı 7,4%, elektrik avadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17%, mebel istehsalı 9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7% artıb, içkilərin istehsalı 10%, tütün məmulatlarının istehsalı 13,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9%, poliqrafiya məhsullarının istehsalı 12,1%, kimya sənayesi məhsullarının istehsalı 12,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3%, tikinti materiallarının istehsalı 10,6%,  maşın və avadanlıqların istehsalı isə 14,9% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5%, su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda isə 0,7% azalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti