Türkiyədə 2 partlayış: 1 ölü, 12 yaralı

16-01-2017, 19:25
Oxunub: 383
Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.


Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində partlayış baş verib.

Trend-in verdiyi məlumata görə, 1 polis əməkdaşı həlak olub, 7 nəfər yaralanıb.

Partlayış Dəclə Universitetinin binasının yerləşdiyi rayonda baş verib.

Terrok aktı olduğu bildirilən partlayışın səbəbləri hələlik məlum deyil.

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

Bundan başqa, PKK terror təşkiları tərəfindən Şırnak şəhərinin Dəclə məhəlləsində kanalizasiya xəttindən yerləşdirilən əldəqayırma partlayıcı qurğu işə düşüb.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti