Almaniya XİN rəhbəri: “Trampın dedikləri NATO-nu narahat edir”

16-01-2017, 19:06
Oxunub: 259
NATO-nun özündə isə Trampın bu fikirlərini şərh etməyiblər.


“Trampın NATO-nu köhnəlmiş qurum adlandırması alyansı narahat edir”.

APA-nın verdiyi məlumata görə, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra bəyan edib.

O bildirib ki, Trampın fikirləri Brüsseldə narahatlıq və təəccüb doğurub. Nazirin fikrincə, ABŞ-ın yeni seçilmiş prezidentinin dedikləri başqa yerlərdə də eyni reaksiyaya səbəb olub.

NATO-nun özündə isə Trampın bu fikirlərini şərh etməyiblər.

Virtualaz.org xatırladır ki, ABŞ-ın yeni prezidenti Donald Tramp inauqurasiya mərasiminə 4 gün qalmış Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə verdiyi müsahibəsində deyib: "NATO çox mühüm təşkilatdır. Amma bu strukturdakı 22 ölkədən yalnız 5-i müdafiəyə yetərincə pul ayırır. NATO-nun problemləri olduğunu çoxdan deyirəm. Əvvəla, NATO qocalıb, çünki çoxdan yaradılıb. Sonra da bu təşkilatdakı ölkələr üzvlük haqlarını ədalətli şəkildə ödəmirlər".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti